Universitetə ən son nəsil robotlar gətirildi

Bu gün Azərbaycan Tibb Universitetində ölkəmizdə ilk dəfə olaraq robot mulyajları – ADAM X HPS robot simulyatoru və SMART MOM avtomatik doğuş simulyatorlarının təqdimatı keçirilib.

SOSİUM.az xəbər verir ki, mərasimdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli bildirib ki, tibb tədrisinin effektiv olmasında praktiki biliklərin aşılanması mühüm rol oynayır: “Bu baxımdan tələbələr üçün simulyasiyon təhsil avadanlıqlarının tətbiqi əhəmiyyətlidir. Bu gün təqdimatı keçirilən robot simulyatorlar da ən son nəsil avadanlığa aiddir və onlar yüzlərlə xəstəliyin düzgün müalicəsini tələbələrə öyrətmək üçün gözəl vasitədir”reallıq göstəricilərinə görə son 5-ci nəsil insan simulyatorudur. Bu avadanlıq real xəstənin fiziologiyasını özündə tam əks etdirir. Simsiz fəaliyyət göstərən bu robot insanın real sümük-əzələ strukturuna uyğun hazırlanıb və insanın xarici görünüşünü maksimum əks etdirir.

Həyat göstəricilərinin dəyişdirilməsi və klinik ssenarilərə uyğunlaşdırılması mexaniki olaraq həyata keçirilir. Bu simulyatorda istənilən təxirəsalınmaz patologiyanın ssenariləşdirilməsi mümkündür. Yəni robot bilərəkdən xəstələndirilir və sonra müalicə edilir. Təlimatçı düzgün və ya səhv icra olunan diaqnostik müayinə və müalicə proseduru haqqında distansion və simsiz rabitə ilə məlumatlandırılır.

Qeyd edək ki, canlı insana çox bənzəyən robotların dərisi də insan dərisinə uyğunlaşdırılıb. Bu mulyajlar ağrı zamanı qışqırıb inildiyə bilir, gözlərini qırpır və digər əməliyyatlar yerinə yetirir. Mərasimdə SMART MOM robotunda doğuş prosesi nümayiş etdirildi, doğuş zamanı müşahidə olunan bəzi ağırlaşmalar və onların aradan qaldırılması yolları göstərildi. ADAM X robotunun tənəffüsündə yaşanan problemlərlə bağlı bəzi patologiyalar nümayiş etdirildi.

Oxşar xəbərlər