ATV-də “YARPAQ” TÖKÜMÜ… – İşçilər kanalı niyə tərk edir?

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı İlqar Mikayıloğlu ATV telekanalı ilə yollarını ayırıb.
SOSİUM.az xəbər verir ki, teleaparıcı öz ərizəsi ilə işən çıxdığını açıqlasa da, əslində onun ATV rəhbərliyi tərəfindən işdən azad edildiyi deyilir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən İlqar Mikayıloğlu bildirib ki, bu məlumat yalandır
“Düzgün informasiya deyil. Məni heç kim işdən çıxarmayıb, telekanalla yolların ayrılmasına mən özüm qərar verdim. Düşündüm və öz ərizəmlə işdən ayrıldım”.
Teleaparıcı əlavə edib ki, hazırda işsizdir və telekanallardan iş təklifi gəlsə dəyərləndirəcək:
“Bəziləri kimi yalandan deməyim ki, başqa televiziyalardan dəvət almışam. Hazırda heç bir dəvət yoxdur, işsizəm”.

Oxşar xəbərlər