Avropa İttifaqı koronavirusla mübarizə üçün Azərbaycana vəsait ayırdı

Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana vəsait ayırıb.

Bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit özünün “Twitter” hesabında məlumat verib.

Məlumatda qeyd olunur ki, Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq.

Azərbaycana bu məqsədlə 14 milyon avro ayrılıb.

Oxşar xəbərlər