Avropa Şurasının qış sessiyası başlayır

Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır.

SOSİUM.az xəbər verir ki, sessiya yanvarın 28-dək davam edəcək. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVID-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək. Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Oxşar xəbərlər