Yol çəkilişi İcra Hakimiyyətindən alındı

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

SOSİUM.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə” qərarında əksini tapıb.

Həmçinin “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda da dəyişiklik edilib.

Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir