“Yetimə can-can deyən çox olar, amma…”

“Miss Azərbaycan-2019” gözəli model Səmra Hüseynova arıqlıqdan əziyyət çəkir.

SOSİUM.az xəbər verir ki, bu barədə o özü məlumat verib. Belə ki, model günü-gündən çəki itirir. Onun bu cür arıqlaması xəstəliyə gətirib çıxardıb:

“Axır ki, anoreksiya plus tiroid oldum. Modelliyin mənfi tərəfləri. Atalarda misal var, “Yetimə can-can deyən çox olar, yemək verən az olar”. Belə narahatçılığınız varsa, problem deyil, müalicəmi öhdənizə götürə bilərsiniz. Qəti surətdə əsəb, stres olmaz. Bu tək mənim mücadilə edəcəyim bir vəziyyət deyil, həm də ətrafım mənə dəstək olmalıdır. Pis xəbərlərə görə mənə zəng etməyin, ən əsas da qeybət üçün. Yığırsınızsa, ancaq tərifləyin. Məndən gözəli yoxdur. Yaya kimi düzələcəyəm. Düşmənlərim sevinməsin”.

Oxşar xəbərlər