“Aydan-arı, sudan-durusansa, onda…”

Sabiq deputat Etibar Hüseynov Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin fikirlərinə münasibət bildirib.

SOSİUM.az-ın xəbərinə görə, E.Hüseynov qeyd edib ki, müğənni Aysel Teymurzadə toyla bağlı ortaya fakt qoyub.

“Kürəkən deyir ki: Aysel bizi sabotaj eləyir, ay nə bilim Abel elə deməyib, belə deyib. Ay, yoldaş! O kişinin qızı ortaya video-fakt qoyub; faktı isə sözlə təkzib eləmirlər. Etmək istəyirsənsə, bu qədər aydan-arı, sudan-durusansa yayımla toyun geniş videosunu. Bitsin məsələ. Vallah, adam bunlara baxanda matı-mutu quruyur. Hələ o akademik adı daşıyanıma bax; Adam o boyda Elmlər Akademiyasına prezidentlik edir, amma yazılarında dünya alimlərindən, filosoflarından sitat gətirmək əvəzinə hansısa saxta hədislərdən ixtibas gətirir.. Yenə Quran ayəsi desəydi, adamı yandırmazdı…”

Oxşar xəbərlər