Azərbaycan bankına yeni rəhbər təyin edilib

Azərbaycanın aparıcı banklarnıdan olan «Azərbaycan Sənaye Bankı» (ASB Bank) yeni sədr təyin edilib.

SOSİUM.az xəbər verir ki, bankın idarə heyətinin sədri Kənan Orucov təyin olunub.

Kənan Orucov 23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib.

1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləyib. Cənab Orucovun ASB bankda fəaliyyəti 20-16-cı ildə başlayıb. 2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir. 17.12.2018-ci il tarixdən İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüdür.

29.06.2020-ci il tarixindən İdarə Heyətinin Sədri təyin olunmuşdur.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan iyun ayının sonunda vəfat edib.

47 yaşlı bankir koronavirusdan dünyasını dəyişmişdi.

Türkiyə vətəndaşı olan D.Tandoğan ASB-yə 19 dekabr 2016-cı ildən rəhbərlik edirdi.

Oxşar xəbərlər