Azərbaycan idmançılarının qatılacağı Avropa çempionatı təxirə salındı

Belarusun paytaxtı Minskdə keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb.

SOSİUM.az-ın məlumatına görə, bu barədə Belarus Qılıncoynatma Federasiyasının sədri Dmitri Şiçko bildirib. O, beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişer Usmanovdan müvafiq məzmunlu məktub aldıqlarını açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı 16 – 21 iyunda nəzərdə tutulmuşdu. Beynəlxalq Qılıncoynatma Federasiyası daha öncə iyunadək olan bütün turnirləri təxirə salıb. Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı planlaşdırılırdı.

Oxşar xəbərlər