“Azərbaycan ikili standartlarla üzləşir”

“Xəzərdə hasil edilən təbii qazın TAP və TANAP kəmərləri ilə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur”.

SOSİUM.az xəbər verir ki, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə debat müzakirələrində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev bildirib.

A. Hacıyev deyib ki, Qara dəniz regionunda 4 milyon qaçqın və məcburi köçkün əhali var: “Azərbaycanda isə hər 10 nəfərdən biri qaçqındır. Bu problem həllini tapmalıdır. Təəssüflər olsun ki, Azərbaycan ikili standartlarla üzləşir”.

A. Hacıyev qeyd edib ki, Bandunq prinsipləri arasında ərazi bütövlüyü prinsipi əsas prinsiplərdən biridir: “Biz birlikdə problemlərin öhdəsindən gələ bilərik. Qaçqınlar probleminin dünya iqtisadiyyatına vurduğu zərər 500 milyard dollar təşkil edir. Biz bu problemi həll etməliyik. Bu, bizim gənc nəsil qarşısında vəzifəmizdir”.

Oxşar xəbərlər