Xarici İşlər Nazirliyi Livana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

SOSİUM.az-ın məlumatına görə, başsağlığı XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

Başsağlığında deyilir: “Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir