Azərbaycan millisi ikinci oyuna çıxır

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

SOSİUM.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Afinadakı Daiss İdman Sarayında keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qrupun digər qarşılaşmasında Slovakiya millisi Moldovanı qəbul edəcək.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub – 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik millimiz top fərqinə görə birinci pillədə qərarlaşıb.

2 fevral

AÇ-nin seçmə mərhələsi

3-cü qrup
20:00. Yunanıstan – Azərbaycan
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland).

Oxşar xəbərlər