Azərbaycan nefti ötən ay 5,4% bahalaşıb

2020-ci ilin dekabr ayının nəticələrinə görə, dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 50,65 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki ayın orta qiyməti ilə müqayisədə 6,49 dollar və ya 14,7% çoxdur.

SOSİUM.az-ın məlumatına görə, dekabr ayında ən yüksək göstərici (dekabrın 18-i) – 52,79 dollar təşkil edib, ən minimal göstərici isə (dekabrın 1-i) 48,38 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 5,4% artıb.

Oxşar xəbərlər