Dünya bazarına neft bahalaşıb – SON QİYMƏT

Azərbaycan neftinin qiyməti artıb.

SOSİUM.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 0,45 ABŞ dolları və ya 0,72 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 62,98 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Oxşar xəbərlər