Ölkəmiz qaz ixracı üzrə liderliyi qoruyub

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 6 538,82 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yeri qoruyub-saxlayıb.

SOSİUM.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan 5 309,6 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin iyul ayında da Azərbaycan 1 093,83 mln. kubmetrlə (+21,5%) Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 35,17%-i).

Oxşar xəbərlər