Ölkədə 20 mindən işsiz yaranıb – RƏSMİ

2020-ci il ərzində Azərbaycanda 20,1 min iş yeri bağlanıb.

SOSİUM.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun payına düşüb:

“İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb”.

Rəsmi məlumata görə, həmçinin hesabat dövründə ölkə ərazisində 129,0 min yeni iş yerləri açılıb:

“Bu dövrdə yaradılmış iş yerlərinin 54,9 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb”.

Oxşar xəbərlər