Azərbaycanda balıq zavodu da satışa çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 aprel tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

SOSİUM.az xəbər verir ki, sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir Balıq Zavodu dövlət müəssisəsi belə əmlaklardandır.

Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 min 500-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Balıq zavodunun Torpaq sahəsinin ilkin (start) satış qiyməti 11 250 manat, Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti 45 250 manat təşkil edir.

Oxşar xəbərlər