Azərbaycanda ilk: robot fakültəsi yaradıldı

“Azərbaycan Texniki Universitetində (AzTU) Elmi Şuranın qərarı ilə yüksək texnologiyalar dövrünün çağırışlarına uyğun strateji inkişaf prioritetlərinə əsasən Maşınqayırma və Robototexnika fakültəsinin yaradılması haqqında qərar qəbul edib”.

SOSİUM.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, universitetin bir neçə fakültəsinin adı dəyişdirilib: “Nəqliyyat fakültəsinin adı Nəqliyyat və logistika, Energetika və elektrotexnika fakülətsinin adı Energetika, elektrotexnika və avtomatika, Avtomatika və kompüter texnikası fakültəsinin adı isə İnformasiya və kommunikasiya texnologiyaları fakültəsi adı ilə əvəz olunub”.

Mətbuat xidmətindən onu da qeyd ediblər ki, bu fakültələrin nəzdində yeni ixtisasların yaradılması hələ ki müzakirə olunur.

Oxşar xəbərlər