Ölkəmizdə məktəblər yenidən bağlanır?

Azərbaycanda koronavirus pandemiyasına görə bu gün daha iki məktəb fəaliyyətini dayandırıb. Qeyd edək ki, son günlər koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Yoluxanların sayındakı artım insanlar arasında məktəblərin yenidən bağlanması ilə bağlı fikirlər ortaya çıxarıb. Maraqlıdır bu xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

SOSİUM.az xəbər verir ki, bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, Gəncədə də koronavirusa yoluxanların sayında artım olduğundan bağlanılan məktəblər var:

“Hazırda koronavirusa görə Gəncədə 4 məktəb bağlanıb. Həmin məktəblər sadəcə 14 günlük qapadılır. Bağlanan məktəblərin biri artıq açılmaq ərəfəsindədir. Yoluxma halı baş verən zaman məktəb mütləq bağlanmalıdır. Bağlanması bu gərginliyə səbəb ola bilər.

Yoluxma sayının artması narahatedicidir. Qaldı ki, məktəblərin yenidən bağlanması məsələsinə bilirsiniz ki, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Məktəblərin yenidən bağlanması da pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq. Düşünürəm ki, tezliklə mövcud vəziyyətə uyğun olaraq Operativ Qərargah məktəblərlə bağlı qərar qəbul edəcək”

Oxşar xəbərlər