Azərbaycandakı pensiyaçıların sayı açıqlandı

2020-ci ilin 1 aprel tarixinə əmək pensiyalarının orta aylıq məbləği bu ilin əvvəli ilə müqayisədə 12,3 faiz və ya 32,3 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,8 faiz və ya 64,42 manat artaraq 300 manata yaxın olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Yaşa görə pensiyaların orta aylıq məbləği isə 327,1 manat təşkil edib.
Ölkəmizdə pensiya alanların sayı 1 milyon 270 min nəfərdir ki, bu da ölkə əhalisinin 12.6 faizini təşkil edir.
Pensiyaçıların 58,4 faizi yaşa, 11,4 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.

Oxşar xəbərlər