Putin: “Azərbaycanla xüsusi əlaqələrimiz var”

Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə sahib olub”.

SOSİUM.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı deyib.

“Əvvəldən, Dağlıq Qarabağ və kimi dəstəkləməyimizdən başlayaq. Siz dediniz ki, Rusiyanın həmişə Ermənistanla xüsusi əlaqələri olub. Ancaq bizim həmişə Azərbaycanla da xüsusi əlaqələrimiz olub. Rusiyada iki milyondan çox erməni və iki milyona yaxın azərbaycanlı yaşayır. Bunlar yalnız müvəqqəti qazanc arxasınca gələnlər deyil, həm də burada demək olar ki, daimi yaşayan insanlardır”, – deyə V.Putin bildirib.

Oxşar xəbərlər