Azərin Türkiyədə konsert verdi – VİDEO

Azərbaycanın Xalq artisti Azərin Türkiyənin paytaxtı Ankarada “Türkiyə-Azərbaycan Dostluq Konserti” adlı konsertlə çıxış edib.

SOSİUM.az xəbər verir ki, sənətçi çıxışı zamanı Azərbaycan bayrağının artıq işğaldan azad edilən Suqovuşanda dalğalandığını bildirib.

O, Azərbaycanın haqlı mübarizəsində ona dəstək olan qardaş Türkiyəyə minnətdarlığını qeyd edib.

Xalqa açıq və pulsuz olan konsertdə Ankara Türk Dünyası musiqi qrupunun sənətçiləri də əsərlərini səsləndiriblər.

Konsertdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim də iştirak edib.

Oxşar xəbərlər