Bəzi qanun layihələri yarımçıq saxlanıldı

Parlamentin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulan bəzi qanun layihələri yarımçıq qalıb.

SOSİUM.az xəbər verir ki, 2021-ci ilin büdcə müzakirələrinin hökumət nümayəndələri ilə birgə geniş formatda müzakirə edilərək qəbul edilməsi bəzi qanun layihələrinin müzakirəsini təxirə salıb. Buna baxmayaraq həmin qanun layihələrinin parlamentin 2021-ci il yaz sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində baxılmalı olan “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri, eləcə də, Elm və təhsil komitəsində baxılmalı olan “Ali təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağı istisna edilmir.

Oxşar xəbərlər