İraqda aksiyada ölü sayı 65-ə çatıb

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə başlayan etiraz aksiyalarında ölənlərin sayı artıb.

SOSİUM.az xəbər verir ki, artıq dünyasını dəyişənlərin sayı 65 nəfərə çatıb.

Qeyd edək ki, iraqlılar çərşənbə axşamından etibarən paytaxt küçələrinə axın edərək işsizlik, hökumət korrupsiyası və aşağı səviyyəli dövlət xidmətlərinə etiraz edirlər. Qısa zamanda nümayişçilərin sayı artaraq digər əyalətlərə də yayılıb. Etirazlar səbəbindən hakimiyyət ölkənin böyük bir hissəsində internetə girişi əngəlləyib.

Oxşar xəbərlər