Bakı metrosunda gediş haqları artacaq?

Heç kimə sirr deyil ki, Bakı metrosunda sərnişinlərin daşınma xərcləri mövcud gediş haqqı ilə müqayisədə 2 dəfə çoxdur.

SOSİUM.az xəbər verir ki, hər il bununla bağlı Bakı Metropolitenin tərəfindən açıqlama verilib.

Ötən ilin sonunda da Bakı Metropoliteni tərəfindən hökumətə “Hesabat” təqdim edilib.

Bəs Bakı Metropoliteni rəhbərliyi tərəfindən gediş haqqılarının artırılması ilə bağlı hökumətə müraciət edilibmi?

Suala cavab tapmaq üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda gediş haqqının artımı ilə bağlı məsələ gündəmdə deyil.

“Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib”, – deyə Bəxtiyar Məmmədov bildirib.

Oxşar xəbərlər