“Nəriman Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlıq səbəbindən hazırda qatarların gecikməsi müşahidə edilir.
SOSİUM.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, bəzi qatarlar arasındakı interval 2 dəqiqəyədək artıb.
Xatırladaq ki, normal qrafikdə qatarlarası interval 2 dəqiqədir. Nasazlıq zamanı 2 dəqiqəyədək gecikmə bu intervalı 4 dəqiqəyə çatdırıb.