Bakı-Sabunçu qatarları dayandı – RƏSMİ

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SOSİUM.az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, – deyə QSC-dən bildirilib.

Oxşar xəbərlər