Paytaxtın sakinləri silahla tutuldu

Paytaxt sakinlərindən odlu silahlar götürülüb.

SOSİUM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin(DIN) mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “TOZ-13” markalı tüfəng və 8 ədəd patron götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əkbərovdan “Mauser” markalı tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər