Məmədovdan 17 kq narkotik götürülüb

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

SOSİUM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qızıldaş qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,534 qram heroin və 4 qramdan artıq marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun müvəqqəti yaşadığı yerə baxış zamanı oradan 16 kiloqramdan artıq marixuana götürülüb.

Araşdırma aparılır.

Oxşar xəbərlər