Bakıda bağça hasarı söküldü — VİDEO

Bakıda vətəndaşa məxsus uşaq bağçası kimi fəaliyyət göstərən mülkiyyətin hasarı ətrafda tikinti işləri aparan “Gloria Palace” MTK tərəfindən dağıdılıb.

SOSİUM.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 74 ünvanında qeydə alınıb.

Şikayətçi bildirir ki, hadisə gecə vaxtı qeydə alınıb.

“Gloria Palace” MTK-nın nəzarətçisi bildirib ki, bu pilot layihədi:

“Biz burda yaşayan sakinləri köçürüb, mülkiyyətçilərə sahib olduğu sahənin 20 faiz artığını veririk”.

Oxşar xəbərlər