Paytaxtda bu küçədə hərəkət məhdudlaşıb

Bakının Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

SOSİUM.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bu səbəbdən 24 nömrəli marşrutun “Nəriman Nərimanov” metro stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz – Ağa Nemətulla – Yusif Vəzir Çəmənzəminli – Əliyar Əliyev küçələri ilə təşkil edilib.

Oxşar xəbərlər