Bakıda təndir çörəyi 70 qəpik oldu

Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşıb.

SOSİUM.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt təndirxanalarında daha əvvəlki qiymətə çörək tapmaq müşküldür. Əsasən 50-60 qəpiyə aldığımız təndir çörəyi indi 70 qəpiyə satılır.

Maraqlısı bundadır ki, təndir çörəyi almağa gələnlərin, demək olar, böyük əksəriyyəti qiymətin qalxmasından xəbərsizdir.

Bəs illərdir 50-60 qəpiyə satılan təndir çörəyinin qiyməti niyə 10-20 qəpik qalxıb?

Bəzi ərazilərdə isə təndir çörəyinin qiyməti elə əvvəlki kimi qalıb. Neçə ildir təndir çörəyi bişirib satmaqla məşğul olan Əhməd Əhmədov deyir ki, qiymət artımı olmayan yerlərdə çörəyin çəkisində fərq var.

Bahalaşma təkcə paytaxtın mərkəzində yox, elə ətraf qəsəbələrdə də müşahidə edilir.

Oxşar xəbərlər