Bakıda dəhşətli hadisə: Ölən və yaralılar var

Bakıda mikroavtobusun yük maşınına çırpılması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb.

SOSİUM.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Yaralılardan biri Respublika Klinik Xəstəxanasına, biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalan 3-ü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

***

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər