Bakıda daha bir tələbə vəfat etdi

Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol-nəqliyyat hadisəsində vəfat edib.

SOSİUM.az xəbər verir ki, qəza noyabrın 24-ü, saat 23:30 radələrində baş verib.

Hadisə zamanı Anar İlham oğlu Musayev idarə etdiyi avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn avtomobillə toqquşub.

Nəticədə A. Musayev hadisə yerində ölüb. Vəfat edən tələbə universitetin ikinci kurs tələbəsi olub.

Oxşar xəbərlər