Paytaxtda evləri soyan şəxslər tutulub

Bakıda bir neçə evdən oğurluq edən şəxslər tutulub.

SOSİUM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 6-da C.Mədətovanın çantasından 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini B.Dosiyev saxlanılıb.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Oxşar xəbərlər