Bakıda avtomobil vuran piyada ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

SOSİUM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər