Bakıda qadın eyvandan yıxılaraq ölüb

Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib.

SOSİUM.az xəbər verir ki, rayonun Abdulvahab Salamzadə küçəsində 1979-cu il təvəllüdlü Məmmədova Elnarə Fərman qızı yaşayış binasının 11-ci mərtəbəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb olunub.

Oxşar xəbərlər