Təhsil işçiləri vaksinasiya olunmağa başladı

Bakıda yaşı 50-dən yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi başlanılıb.

SOSİUM.az xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda – 276, Xətai rayonunda – 56, Xəzər rayonunda – 26, Suraxanı rayonunda – 84, Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda – 14, Nizami rayonunda – 129, Yasamal rayonunda – 158 saylı tam orta məktəblər) həyata keçirilir.

Oxşar xəbərlər