Bakıda torpaq sahələrinin qiyməti bahalaşıb

2020-ci ilin sentyabrında Bakıda təkrar mənzil bazarında qiymətlər ötən ilin sentyabrı ilə müqayisədə 1,81 faiz artıb.

SOSİUM.az xəbər verir ki, bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Sentyabr ayında təkrar mənzil bazarında bir kvadrat metrin qiyməti 1 739 manat təşkil edib.
İlkin mənzil bazarında isə qiymətlər ötən ilin sentyabrı ilə müqayisədə 1,28 faiz azalaraq kvadrat metr üçün 1 316 manat təşkil edib.

Bundan başqa, sentyabr ayında torpaq sahələri ötən ilin sentyabrı ilə müqayisədə 12,46 faiz bahalaşıb.

Bağ evləri və fərdi evlər bazarında isə ötən ilin sentyabrı ilə müqayisədə 9,85 faiz azalma qeydə alınıb.

Sentyabr ayında obyektlərin icarəsi ötən ilin eynid dövrü ilə müqayisədə 7,69 faiz ucuzlaşıb.

Oxşar xəbərlər