Balakişi Qasımovdan İTV-dəki yanğınla bağlı açıqlama

Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.

SOSİUM.az xəbər verir ki, şirkətin baş direktoru Balakişi Qasımovun verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. 

İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.

Oxşar xəbərlər