Baltikyanı dövlətlər Belarusla əlaqəni kəsdi

Baltikyanı ölkələr Belarusun Ostrovets şəhərində nüvə stansiyasının işə salınmasından sonra Belarus ilə elektrik enerjisi ticarətini dayandıracağını açıqlayıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Estoniya İqtisadi İşlər və Rabitə Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb.

“Baltikyanı ölkələr Belarus nüvə elektrik stansiyasının işə düşməsindən sonra Belarus ilə elektrik enerjisi ticarətini dayandırmaq qərarına gəlib. Müvafiq razılaşma bazar ertəsi günü Estoniya, Latviya və Litvanın enerji nazirlikləri tərəfindən əldə edilib”,- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Belarusda atom elektrik stansiyasının inşası ən çox Litvanı narahat edir. Belə ki, stansiya paytaxt Vilnüsdən 50 kilometr məsafədə yerləşəcək. Litva stansiyanın təhlükəsizlik standartlarına riayət olunmadan inşa edildiyinə inanır. Minsk öz növbəsində nüvə elektrik stansiyasının ən yüksək təhlükəsizlik standartlarına cavab verəcəyinə zəmanət verir.

Oxşar xəbərlər