Bank işçilərinin sayı min nəfər azalıb

Azərbaycanda 2021-ci ilin fevral ayında bank işçilərinin sayı 18 724 nəfər olub.

SOSİUM.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.

2020-ci ilin fevralında isə bank işçilərinin sayı 19 757 nəfər olub. Belə ki, illik müqayisədə bu il bank işçilərinin sayı 1 033 nəfər azalıb.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır. Onu da bildirək ki, aylıq müqayisədə isə işçilərin sayı eyni qalıb.

Oxşar xəbərlər