“Azəriqaz” sədri abonentlərə müraciət etdi

“Bildiyiniz kimi bu günlərdə ölkə ərazisində hava şəraiti dəyişkən keçir. Bununla bağlı tərəfimdən müvafiq strukturlara gücləndirilmiş rejimdə çalışmalarına dair tapşırıqlar olub”.

SOSİUM.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev sosial şəbəkə hesabında bildirib.

R.Əliyev vətəndaşlara müraciət edərək, problemlər barədə məlumat vermələrini xahiş edib:

“Problemlər yaranarsa,mən bunu sizdən eşitmək istəyirəm. Mənə facebook sosial şəbəkə ünvanımın ( Ruslan Aliyev) inboksuna yaza bilərsiniz. İstənilən halda “Azəriqaz” istehsalat birliyinin 104/185 saylı Çağrı Mərkəzi də gücləndirilmiş rejimdə çalışır. Mesajlarınızı (+99477) 3 104 104 saylı whatsap nömrəsinə də göndərə bilərsiniz”.

Baş direktor abonentlərin müraciətlərinə operativ baxılacağını qeyd edib.

Oxşar xəbərlər