Baş prokuror: 8 prokuror işdən azad edilib

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

SOSİUM.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

K.Əliyev bildirib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

K.Əliyev qeyd edib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib:

“8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib”.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Oxşar xəbərlər