Bayden dünyaya çox önəmli mesajlar verdi

ABŞ prezidenti Co Bayden Çinin dünyada ən qüdrətli dövlətə çevrilməsinə imkan verməyəcəyini söyləyib.

SOSİUM.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı mətbuat konfransında bəyan edib.

“Onların bu yöndə hədəfləri var. Lakin bu, mənim prezidentliyim dövründə baş verməyəcək”,-deyə Ağ Evin rəhbəri bildirib.

Co Bayden Vaşinqton və Pekin arasında rəqabətin kəskinləşməsinin demokratiya və avtokratiya arasındakı ideoloji mübarizənin bir tərkib hissəsi olduğunu qeyd edib. O, çinli həmkarı Si Tzinpinlə söhbətində ÇXR rəhbərliyini dürüst rəqabət və ticarət naminə beynəlxalq qaydalara əməl etməyə çağırdığını söyləyib.

Co Bayden hələ vitse-prezident olduğu zaman Si Tzinilə saatlarla müzakirə apardığını, kommunist liderin “demokratiyanın gələcəyinin olmadığı” fikrinə aludə olduğunu qeyd edib. “Rusiya prezidenti Vladimir Putin kimi oğlanlar da demokratiyanın belə bir mürəkkəb dünyada fəaliyyət göstərə bilməyəcəyini, gələcəyin avtokratiyanın yanında olduğunu düşünür”,-deyə o, Kremlin sahibinin “bostanına daş atmağı” unutmayıb.

Onun sözlərinə görə, prezident olaraq gələcəklə bağlı tam ayrı baxışlara malikdir. Bu yöndə Çinlə rəqabət aparmaqdan ötrü ABŞ elminə və işçilərinə külli miqdarda investisiya qoyulması lazımdır. Co Bayden Çinin Tayvan, Honkonq və Cənubi-Çin dənizindəki hərəkətlərinə, habelə uyğur azlığına qarşı törətdiklərinə cavab olaraq rəsmi Pekini beynəlxalq məsuliyyətə cəlb etmək üçün Brləşmiş Ştatların müttəfiqləri ilə çalışacağını vurğulayıb.

Oxşar xəbərlər