Prezidentliyə namizəd olmağa razılaşdı

Co Bayden ABŞ prezidentliyinə demokratlardan namizəd olmağa rəsmi olaraq razılıq verib.

SOSİUM.az xəbər verir ki o, bu barədə Demokratların virtual konqresində açıqlama verib:

“Demokrat olduğum üçün qürur duyuram və ABŞ prezidentliyinə bu namizədliyi qəbul etməyim mənim üçün böyük bir şərəfdir”.

Siyasətçi prezidentliyi dövründə ABŞ-ın “qaranlıq dövrü”nü aşacağına söz verib. “İnsanlara işıq verin, onlar da yollarını tapacaqlar. Bu sözlər bizim dövrümüzə də aiddir. Mövcud prezident Amerikanı uzun müddət qaranlığa qərq etdi. Həddən artıq aqressiya, qorxu və bölünməyə səbəb oldu. Budur, indi də sözümü verirəm: güvənirsinizsə Mən prezident olacağam, mən bizdən yalnız yaxşı şeyləri üzə çıxaracağam, pisin deyil, qaranlığın deyil, işığın müttəfiqi olacağam “,-deyə Bayden bildirib.

Oxşar xəbərlər