Rusiya ABŞ-da inaqurasiyaya dəvət edildi

ABŞ Rusiyanı 20 yanvarda seçilmiş dövlət başçısı Co Baydenin andiçmə mərasiminə dəvət edib.

SOSİUM.az xəbər verir ki, Moskva tərəf dəvəti qəbul edib.

“Dəvət alındı. Rusiyanın mərasimdə səfir səviyyəsində iştirak etməsi planlaşdırılır”, – deyə Kremldəki mənbədən bildirilib.

Qeyd edək ki, Pentaqonun 20 yanvarda Baydenin andiçmə mərasimi zamanı 15 min Milli Qvardiya döyüşçüsünün istifadəsinə icazə verdiyi açıqlanıb.

Bununla yanaşı, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp növbəti ölkə başçısının andiçmə mərasiminin təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonda təcili fövqəladə rejim tətbiq edib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden yanvarın 20-da Vaşinqtonda andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq.

Oxşar xəbərlər