ABŞ-Rusiya münasibətlərində yeni mərhələ

“Sanksiyalar ən sadə tədbir kimi əlverişlidir, lakin əksər hallarda ABŞ-ın öz mənafelərinə zərər verir”

ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiyaya qarşı mübarizədə yeni üsullardan istifadə edəcək.

SOSİUM.az xəbər verir ki, bu barədə “The New York Times” dövlət başçısının əhatəsindəki mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, Bayden sələfi Donald Trampın xarici siyasət təzyiqinin əsas alətindən – sanksiyalardan çox uyğunsuz istifadə etdiyinə və bununla da ABŞ-ın mövqeyinə xələl gətirdiyinə inanır. ABŞ rəhbəri hesab edir ki, sanksiyaların həddindən artıq istifadəsi və çoxluğu onun təsirsizliyinə səbəb olub. Nəticədə, sanksiya rejimi nə Rusiya dövlətinin addımlarını, nə də bu cür tədbirlərin tətbiq olunduğu digər ölkələrin davranışını dəyişdirə bildi.

“Sanksiyalar ən sadə tədbir kimi əlverişlidir, lakin əksər hallarda ABŞ-ın öz mənafelərinə zərər verir”, – deyə məqalədə qeyd edilib.

Vurğulanıb ki, yeni rəhbərlik daha ardıcıl hərəkət edəcək, addımları hesablayacaq və müttəfiqlərlə hərəkətləri əlaqələndirəcək.

“Eyni zamanda, beynəlxalq münasibətlərə yeni yanaşmalardan istifadə ediləcək. Bayden həm Rusiya Federasiyasının zəiflədilməsi siyasətini həyata keçirəcək, həm də Çinin Uyğur milli azlığına münasibətdə ciddi yol tutacaq”, – nəşr yazır.

Oxşar xəbərlər