Baydenin zəfərini elan etməyə hazırlaşırlar

ABŞ-da demokratlardan prezidentliyə namizəd Cozef Bayden bu gün prezident seçkilərində qələbəsini elan edə bilər.

“The Washington Post” qəzetinin xəbərinə görə, bununla əlaqədar ABŞ Gizli Xidməti Baydenin çıxışı planlaşdırılan Delaver ştatının Vilminqton şəhərində təhlükəsizlik tədbirlərini gücləndirir.

Qəzetə seçkiqabağı kampaniya təmsilçiləri tərəfindən bildirilib ki, Gizli Xidmətə Baydenin bu həftə danışdığı Vilminqton konfrans salonunu ən azı bir gün daha istifadə edəcək və cümə günü orada əhəmiyyətli bir açıqlama veriləcək.

Bununla əlaqədar olaraq Gizli Xidmət oraya agentlikdən bir dəstə göndərib.

ABŞ Gizli Xidmətinin əsas vəzifələrindən biri də prezident və vitse-prezidentin, eləcə də, bu vəzifələrə namizədlərin qorunmasıdır.

Oxşar xəbərlər