“Üçrəngli Bayrağımız vüqarla dalğalanır”

Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 30 ilə yaxdındır ki, üçrəngli bayrağımızın təzavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, özünütəsdiqin simvolu kimi bayrağımızı tarixi torpaqlarımıza sancır.

Millət vəkili əlavə edib ki, Ümummilli liderimiz Heydər Əliyevin, Prezidentimiz, Ali BaşKomandanımız cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu bayraq indi işğaldan azad edilmiş, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda qürurla, vüqarla dalğalanır. Üçrəngli bayrağımızının Laçında, Kəlbəcərdə, Şuşada, Xocalıda, Xacavənddə, Xankəndində dalğalanacığı günə isə az qalıb.

Oxşar xəbərlər